“Legiya”nın idman direktoru Mahir Emreli ilə bağlı iddialara aydınlıq gətirib

  • By admin
  • 29 Dekabr 2021 18:21

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa “Legiya”sından ayrılmayacaq.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Varşava təmsilçisinin yeni idman direktoru Yatsek Zelinski TVPSPORT-a açıqlama verib.

Klub rəsmisinin sözlərinə görə, 24 yaşlı hücumçu ilə yanaşı, müdafiəçi Mateuş Veteska və Bartoş Sliş də “Legiya”da qalacaq: “Deyəsən, əsas komandadan heç kim getməyəcək. Bu günə olan vəziyyət belədir”.

Qeyd edək ki, cari mövsümün əvvəlində “Legiya” ilə 3+1 illik müqavilə imzalamış Mahir Emrelinin azarkeşlərlə bağlı insedentdən sonra paytaxt klubunu tərk edəcəyi iddia olunur.

Gununsesi.info