
“Nyu-York Siti”nin futolçusu Frank Lempard dekabrda ABŞ klubunu tərk edəcək.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 38 yaşlı yarımmüdafiəçi müqaviləsinin müddəti başa çatdığı üçün “Nyu-York Siti”dən ayrılacaq.
Qeyd edək ki, 2014-cü ildən ABŞ təmsilçisində çıxış edən F.Lempard indiyə kimi 31 oyuna 15 qol vurub.
Gununsesi.info