Lenin prezident kimi fəaliyyətə başladı - O, ƏHALİYƏ VƏD VERDİ

  • By admin
  • 26 May 2017 11:00

Donning the Ecuadorian presidential sash, incoming President Lenin Moreno acknowledges applause by members of the National Assembly at the end of his swearing-in ceremony, in Quito, Ecuador, Wednesday, May 24, 2017. Moreno was sworn into office Wednesday after narrowly defeating a conservative former banker in last month’s runoff. National Assembly. (AP Photo/Dolores Ochoa)

Cənubi Amerikada yerləşən Ekvador prezident seçkilərində qalib gələn Sosialist Partiyasının lideri Lenin Moreno andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sabiq vitse-prezident Mereno seçkilərin ikinci turunda qələbə əldə edib.

64 yaşlı prezident andicmə mərasimindən sonra hər kəsin prezidenti olduğunu və hər kəsə ehtiramla yanaşdığını deyib. O, gələn 4 il ərzində azgəlirli ailələri sosial proqramlar, pulsuz səhiyyə xidməti, ev və təhsillə təmin etməklə yoxsulluqla mübarizə aparacağına vəd verib.

Moreno bildirib ki, yoxsulluq həddi altında yaşayanlar subsidiya alacaqlar.

Onu da qeyd edib ki, sosialist lider adını SSRİ-nin qurucusu Vladimir İliç Lenindən alıb. 1953-cü ildə anadan olan Morenoya atası sovet liderin şərəfinə Lenin adı qoyub.

Gununsesi.info