Leninin məqbərəsini yandırmağa cəhd

Çita sakini Moskvada Leninin məqbərəsini yandırmağa cəhd edib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, iyulun 17-i, axşam saatlarında 37 yaşlı Konstantin Staçukov öz ad günündə Qırmızı Meydana gələrək məqbərəyə tərəf “Molotov kokteyli” atıb. Şüşə səkiyə çırpılaraq alışıb.

Həmin şəxs elə hadisə yerindəcə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hələlik onun barəsində “polis əməkdaşının qanuni tələbinə tabe olmamaq” maddəsi ilə inzibati iş başlanılıb.

O, bu gün məhkəmə qarşısına çıxarılacaq.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info