
“Şəxsən mən əminəm ki, Leninin meyitinə baxmaq yetər. Və inqilab rəhbərinin dəfn vaxtı çoxdan çatıb və onu ağıllı formada, insancasına dəfn etmək lazımdır”.
Gununsesi.info xəbər verir ki, bunu Çeçenistanın lideri Ramzan Kadırov “Telegram”da öz kanalında səsləndirib.
Kadırov Oktyabr inqilabının rəhbərinin Kremldəki cəsədinin dəfn edilməsinin zəruriliyini dilə gətirib. O deyib ki, Leninin dəfn olunması tarixi baxımdan ən düzgün qərar olacaq.
Bununla belə Kadırov deyib ki, dahi şəxslərin dəfni ilə bağlı məsələ seçmə yolu ilə edilməməlidir: “Lenini dəfn etməklə yanaşı, Şeyx Şamilinin naibi Hacı Muradın da Sankt-Peterburq şəhərindəki muzeydə saxlanılan başı dəfn edilməlidir”.
Kadırov hesab edir ki, Rusiya prezidenti bununla bağlı qərar qəbul etməlidir.
Mürtəza
Gununsesi.info