Leninqrad vilayətində poliqonlardan birində mərmilərin utilizasiyası zamanı üç mülki mütəxəssis ölüb.
Gununsesi.info “İnterfax”a istinadən xəbər verir ki, həmin mütəxəssislər istismar müddəti bitmiş mərmiləri məhv edirmiş.
Hadisə texniki təhlükəsizliyə əməl edilməməsi nəticəsində baş verib. Hərbçilər arasında xəsarət alan olmayıb.
Rəsmi mənbələr faktı hələlik təsdiqləməyib.
Gununsesi.info