
Hazırda respublika ərazisində qarlı-şaxtalı hava şəraiti hökm sürür.
Gununsesi.info xəbər verir ki, Lerik Rayon Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov saytımıza açıqlamasında deyib ki, Lerikdə yağan qarın hündürlüyü 1 metrə çatıb:
“Qarın hündürlüyü rayon mərkəzində təxminən 90 santimetr bəzi kəndlərdə isə 1 metrdən çoxdur. Yollarda vəziyyət normaldır. Lənkəran-Lerik yolu, kəndlərə gedən yollar açıqdır. İşıq, qaz, su sistemində heç bir problem yoxdur. Amma qar yağmağa davam edir”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fevralın 16-dan etibarən ayın 20-dək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.
Gununsesi.info