Lerikə bir metrədək qar yağıb - KƏNDLƏRƏ GEDƏN YOLLAR BAĞLANIB

  • By admin
  • 14 Fevral 2017 10:06

lerik

Güclü qar Lerikdə fəsadlara yol açıb.

Yerli sakinlərin Gununsesi.info-ya verdiyi məlumata görə, rayon ərazisində qarın qalınlığı 70-80 sm, dağlıq ərazilərdə isə 1metr olub. Bu səbəbdən  ucqar dağ kəndlərinə gedən yollar bağlanıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, həmin ərazilərə ağır texnikalar cəlb olunub. Qısa müddətdə yolların açılması üçün tədbirlər görülür: “Hazırda Lənkəran-Lerik yolu açıqdır. Həmin ərazilərə təbii qaz, elektrik enerjisi verilməsində problem yaranmayıb, təsərrüfata ziyan dəyməyib. İcra başçısının müavini onuda əlavə edib ki, hazırda rayonda mülayim günəşli hava şəraiti olduğundan bütün canlı qüvvə və texnikalarımız problemləri aradan qaldırmağa səfərbər olunublar”.

Gununsesi.info