Lerik sakini üzləşdikləri problemlərlə bağlı Prezidentə üz tutdu…

  • By admin
  • 23 Dekabr 2016 12:10

azer-lerik

“Lerik rayonun  Veri ərazisində 3800-dən yuxarı əhali yaşayır. Veri ərazisində həyat rəsmən sönüb. Veri ərazisini əsas magistral yolu Piran-Veri 14 km yol pis vəziyyətdədir…”

Gununsesi.info xəbər verir ki, bu fikirlər Lerik rayon sakini Kazımzadə Azər Azad oğlunuun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı mətkubunda əksini tapıb.

“Bakıdan 400 km uzaqlıqda yerləşən Lerik rayonun Veri-Babakücə kəndindən Sizə müraciət edirəm”- deyən məktub müəllifi qeyd edir ki, adıçəkilən yolun təmiri ilə bağlı dəfələrlə müafiq orqanlara müaricət olunsa da, həmişə eyni cavab verilib: pul ayrılsa yolun təmirinə başlanacaq:

“Amma əfsuslar olsun ki, bu günümüzə qədər kənd əhalisinin öz vəsaiti hesabına təmirdən başqa bu yola baxan olmayıb. Neft, qaz ölkəsi olan Azərbaycanımızda təssüflər olsun ki, kəndimizdə hələ də əhali mavi yanacağla təmin olunmayıb.Baxmayaraq ki, əsas qaz torbası kəndimizin 3 km yaxınlığından keçir, ancaq 3 km-lik qaz torbasını çəkməyə hələ də müafiq qurumlar pul tapa bilmir.

Amma bu qazın çəkilməməsi ekalogiyamıza hər gün ziyan vurur. Meşələr məhv olur”.

O, daha sonra kənd əhalisinin bankomat problemi ilə üzləşdiyini qeyd edib:

“İndi də bu bankomatı kənddən aparmaq istəyirlər.Halbuki bu bankomat nəinki Veri, hətta, qonşu kənddə yaşayan insanların imdadına çatır. Əvvəllər insanlar ya Lerikə, ya da Lənkərana gedərək öz əməkhaqlarını ala bilirdilər.Bu da ən azından insanlara 30-50 manata başa gəlirdi.

Qışda isə qar və çovğunu nəzərə alsaq, hətta, 60-70 manata başa gəlirdi. Cənab Prezident, indi isə bu bankomatı kənddən aparmaq istəyirlər. Heç düşünmürlər ki, 100-150 manat pensiya alan qoca nənələrimiz qışın bu soyuğunda vaxtında neyləyəcək?Axı, onların umidi o 100-150 manat pensiya qalıb.

Onların da bu qoca vaxtlarında bir çox problemi var. İndi qışın bu soyuğunda,  həm də yolların bərbad vəziyyətində  ya Lerikə, ya da Lənkərana getmək yenə 50-60 manata başa gələcək. 60-70 manatla neyləsin bu insanlar? Hansı problemini həl etsinlər bu pulla? Axı bu insanların günahı nədir ki, bəziləri zülm etməyə çalışır insanlarımıza?”

Gununsesi.info