Lerik sakinlərindən narkotik və silah götürüldü

  • By admin
  • 10 Avqust 2021 12:59

Lerik rayon sakinlərindən narkotik və silah-sursat götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalarla onun narkotik vasitəni Lerik rayon sakini E.Vəliyevdən əldə etdiyi müəyyən edilib. Saxlanılan E.Vəliyevin yaşadığı evin zirzəmisindən narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri, həmin silahlara aid 4 ədəd patron və 1 ədəd avtomat silahına aid patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.