
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhərin mərkəzindəki Dövlət Bayrağı meydanına veloyürüş keçirilib.
Lerik Rayon İcra Hakimiyyətindən Gununsesi.info-ya verilən məlumata görə, 50 nəfərədək iştirakçının qatıldığı yürüş şəhər 1 saylı Texniki Fənlər Təmayüllü Liseyindən start götürüb və Heydər Əliyev meydanında başa çatıb.
Yürüş iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önündə Azərbaycanın Dövlət Himnini ifa ediblər. Yürüş iştirakçılarına rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim edilib.
Daha sonra yürüş iştirakçıları rayon mədəniyyət mərkəzində Bayraq Gününə həsr olunan rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Gununsesi.info