Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

14 Fevral 2018 - 07:50

Lerikdə SHXÇDX-nın yaranmasının 6-cı ildönümü qeyd olunub- FOTOLAR

Lerikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbir rayon icra hakimiyyətinin inzibati binasında keçirilib

Görüşdə Lerik Rayon İcra Hakimiyətinin başçısı Rövşən Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış (SHXÇDX) üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin şəxsi heyəti,  rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və SHXÇDX-nin yaranması tarixinə həsr olunmuş qısametrajlı filim nümayiş etdirilib.
Mərasimi giriş sözü ilə açan icra başçısı Rövşən Bağırov öncə SHXÇDX-nin Lerik rayon şöbəsinin bütün əməkdaşlarını xidmətin yaranmasının 6-cı ildönümü münasibəti ilə təbrik edib və şöbənin hər bir əməkdaşına xidməti fəaliyyətində uğurlar arzulayıb.

R.Bağırov qeyd edib ki, SHXÇDX-i yaradıldığı gündən  gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir.
Son illər cənab Prezidentin ordu quruculuğuna, hərbçilərə və onların ailə üzvlərinə göstərdiyi diqqət, dövlətin müdafiə xərclərini artırması, ordumuzun ən müasir silah-sursatla təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bütün xalqımızda vətənpərvərlik hissini daha da artırmışdır. Bu gün işğaldan azad olunmuş Cocuq Mərcanlıya qayıdış, inşallah bütün Qarabağ torpaqlarına qayıdışın başlanğıcıdır.
Rayonumuz da vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda 140-a yaxın şəhid verib. Beş Milli Qəhrəmanımız, 80-dən çox Qarabağ əlilimiz var. Biz inanırıq ki, ordumuz cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qısa zaman ərzində torpaqlarımızı işğaldan azad edəcək.
Sonra SHXÇDX-nin Lerik rayon şöbəsinin rəisi, polkovnik-leytenant Arif Həsənov xidmətin yaranmasının 6 illiyinə həsr edilmiş məruzə ilə çıxış etdi. Bildirdi ki, uzun illər Müdafiə Nazirliyinin tabeliyində hərbi komissarlıq kimi fəaliyyət göstərən bu qurum ölkənin ordu quruculuğunda, gənclərin orduya hazırlanması və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayıb. Son illər cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün sahələrdə aparılan islahatlar, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmənin çevik mexanizmlər əsasında müasir tələblərə uyğun  qurulması istiqamətində mühüm addımlar atılmış, qərarlar qəbul edilib. Məhz, cənab Prezidentin 6 il öncə imzaladığı, 13 fevral 2012-ci il tarixli fərmanla respublika hərbi komissarlığı, şəhər və rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Xidmət yarandıqdan sonra çağırış sisteminə diqqət artırılıb. Müvafiq qanunvericilik bazası təkmilləşdirilib. Xidmət tərəfindən hazırda “Hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sistemi yaradılmışdır. Rayon şöbəsi tərəfindən həmin sistemə rayon üzrə müvafiq məlumatlar yerləşdirilmişdir. Eyni zamanda orta məktəblərdə hərbi dərslərin keyfiyyətinin yüksəldilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin artırılması, ilkin hərbi biliklərə yiyələnməsi istiqamətində təhsil şöbəsi ilə işimizi birgə qurur, hərbiçilərlə gənclərin görüşlərinin keçirilməsini təmin edirik. Hər rübdə cənab Prezidentin sərəncamı ilə gənclərin orduya yola salınması təntənəli şəkildə, bayram əhval-ruhiyyəsində təşkil edilir.
Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyası Lerik Rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik Rayon Şöbəsinin sədri Veysəl Məlikov  çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lerik rayon şöbəsinin əməkdaşlarını xidmətin yaranmasının 6-cı ildönümü münasibəti ilə təbrik etdilər, xidməti fəaliyyətlərində uğurlar arzuladılar.
Tədbirin sonunda SHÇDX rəisinin əmri ilə rayon şöbəsinin xidmətdə fərqlənən əməkdaşlarından Rasim Əliyevə, Səyyad Əmirova, Vizəzəmin kənd tam orta məktəbinin hərbi müəllimi İsrafil Rəhimova Fəxri Fərmanlar təqdim edilib. SHÇDX rayon şöbəsinin əməkdaşları Pərviz Ağaxanlı və Səfa Nəsirova təşəkkür elan olunub.

Hüseyn Ağaxanzadə

Gununsesi.info