Lerikdə yanğın oldu: Yaralanan var

Lerikin Büzeyir kəndində ümumi sahəsi 18 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info