Lerikli hərbçi şəhid olub

  • By admin
  • 13 Sentyabr 2022 13:14

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq həqiqi hərbi qulluqçusu şəhid olub.

Gununsesi.info xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində DSX-nın baş çavuşu Şəmistan Əbdülağa oğlu Sadıqov şəhidlik zirvəsinə yüksəlib.

Şəhid Şəmistan Sadıqov Lerik rayonun Əvilə kəndində anadan olub.

Qeyd edək ki, Ş.Sadıqov iki ay öncə ailə həyatı qurmuşdu.

Allah rəhmət eləsin!