Lerikli məktəblilər şimal bölgəsinə ekskursiyaya yola düşüblər - FOTOLAR

  • By admin
  • 15 Mart 2018 18:24

Martın 15-də Lerikdə Heydər Əliyev meydanında rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun təhsildə fərqlənən bir qrup məktəbli uşaqları “Quba – Qusar – Xaçmaz” rayonlarına təntənəli yola salma mərasimi keçirilib.

Rayon icra hakimiyyətindən Gununsesi.info-ya verilən məlumata görə Lerik rayonunun ümumtəhsil məktəblərinin öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər X-XI sinif şagirdi və onları müşayiət edən bir neçə müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Quba – Qusar – Xaçmaz şəhərlərinə səyahət edəcək, şəhərlərin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.

Mərasim iştirakçıları öncə Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyublar.

Tur-aksiya iştirakçılarını yolasalma mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov məktəbliləri salamlayaraq Novruz bayramı münasibətilə təbrik edib. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlər barədə məlumat verib, məktəblilərə tövsiyələrini bildirdi və yaxşı yol arzulayıb. Məktəblilərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını ifadə edib.

Gununsesi.info