Levon Aronyan Teymur Rəcəbova rəqib ola bilmədi

  • By admin
  • 25 Sentyabr 2019 17:13

Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun yarımfinaldakı rəqibinin adına aydınlıq gəlib.

Gununsesi.org xəbər verir ki, onun rəqibi fransalı Maksim Vaşye-Laqrav olacaq.

Fransalı qrossmeyster 1/4 finalın tay-brekində erməni Levon Aronyanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları sabah keçiriləcək.

Gununsesi.org