Levon Ter-Petrosyan: “Paşinyan ziyanvericidir”

  • By admin
  • 30 Noyabr 2020 18:58

“Bu ziyanvericinin və milləti məhvə aparanın dediklərini şərh etmək mənasızdır”.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın adından onun mətbuat katibi Arman Musinyan feysbuk səhifəsində yazıb.

“Qoy nə istəyir danışsın. Onunsuz da, onun bəraət qazanmağa şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”, – A.Musinyan sabiq dövlət başçısının mesajını çatdırarkən bildirib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan və Robert Köçaryan mövcud durumu müzakirə etmək üçün Rusiyanın paytaxtı Moskvaya səfər edəcəkdilər. Lakin sonradan səfər baş tutmadı. Buna səbəb kimi R.Köçaryanın koronavirusa yoluxması göstərildi.

Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 29-da bildirib ki, sabiq dövlət başçılarının səfəri üçün R.Köçaryanın barəsində açılan cinayət işi ilə əlaqədar alınan xarici pasportunun ona geri verilməsini tapşırıb. N.Paşinyan qeyd edib ki, yaradılmış bütün şəraitə baxmayaraq, sabiq prezidentlər Moskvaya səfər etməyiblər.

Gununsesi.org