

“Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzanması Ermənistanın milli maraqlarının ziyanınadır. Münaqişənin həllinin uzanması Ermənistanı və “Dağlıq Qarabağ”ı zəiflətməyə xidmət edir. Növbəti addımlar və qərarlar ermənilər üçün indikindən daha pis olacaq”.
Gununsesi.info erməni mediasına istiandən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan rəhbərlik etdiyi təşkilatın toplantısında çıxışı zamanı deyib.
Çıxışı zamanı Rusiya və Qərbin münaqişəyə yanaşması ilə bağlı mövqeyini açıqlayan L.T. Petrosyan bildirib ki, Rusiyadan fərqli olaraq Qarabağ münaqişəsi Qərb üçün heç zaman prioritet məsələ olmayıb. “Onların məsələyə mövqeyi ancaq rəsmi bəyanatlar və diplomatik təşəbbüslərdən uzaq getmədiyindən, münaiqşənin həlli ilə bağlı hər hansı praktik addımlar da atmayıblar. İstər 1994-cü ildə, istərsə də 2016-cı ildə münaqişə edən tərəflər arasında “Sülh sazişi” məhz Rusiyanın səyi nəticəsində imzalanıb”- deyə, sabiq prezident vurğulayıb.
Bir daha Qarabağ münaqişəsinin həllinə toxunan sabiq prezident deyib ki, bu gün danışıqlar masası üzərində olan təkliflər paketi 1997-ci ildəki təkliflərdən heç nəyi ilə fərqlənmir.
“Danışıqlar masası üzərində olan təkliflər paketinə əsasən Ermənistan birinci mərhələdə Dağlıq Qarabağ ətrafında işğal etdiyi 7 rayondan (Kəlbəcər və Laçını çıxamaq şərti ilə) digər 5 rayonu azad edir, ikinci mərhələdə təmas xəttində sülhməramlı qüvvələr yerləşdirilir, üçüncü mərhələdə Dağlıq Qarabağın müvəqqəti statusu müəyyən edilir, dördüncü mərhələdə Qarabağ və Ermənistanın blokadası aradan qaldırılır. Bundan sonra Azərbaycan və Türkiyə ilə əlaqələr bərpa edilir. Beşinci mərhələdə Dağlıq Qarabağın yekun statusu müəyyən edilir və altıncı mərhələdə Laçın dəhlizini çıxmaq şərti ilə Kəlbəcər və Laçın rayonu da Azərbaycana qaytarılır”- deyə, L.T.Petrosyan bildirib.
Petrosyan onu da əlavə edib ki, 2007-ci ildən etibarən Ermənistanın mövcud hakimiyyəti bu variant üzrə danışıqları ATƏT Minsk qrupunun həmsədr ölkələri, xüsusən də Rusiya ilə aparır: “Ona görə bir daha deyirəm ki, kimsə bizi münaqişənin həlli ilə bağlı apardığımız danışıqlar prosesini tənqid edirsə, deməli, onlar elə özlərinin bu istiqamətdəki proqramlarını mühakimə etmiş olurlar. Çünki mövcud danışıqlar masasında olan təkliflərlə zamanında bizim apardığımız danışıqlar paketi arasında heç bir fərq yoxdur”.
Petrosyan eyni zamanda İlham Əliyevi tərif edərək, onu rasional düşüncəli şəxs adlandırması ilə bağlı ona ünvanlanan tənqidlərə də mövqyini açıqlayaraq deyib ki, bu fikri çoxlarını qəzəbləndirib:
“Bu, bir daha həmin şəxslərdin dünyagörüşündəki gerizəkalılığın olduğunun göstəricisidir”.
Gununsesi.info