Festivalın mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, L.Əliyeva deyib ki, festival çox gözəl keçir.
“Mən bilirəm ki, festival çox gözəl keçir və ümid edirəm iştirak etmək imkanım olacaq” – deyə, o, Eurasiadiary.com saytına müsahibəsində bildirib.

Onun fikrincə, bu cür tədbirlərin keçirilməsi turizmin inkişafına müsbət təsir göstərir: “Ümid edirəm ki, Bakı Şopinq Festival kimi tədbirlər Azərbaycana turist axınına səbəb olacaq”.

Qeyd edək ki, Bakı Şopinq Festivalı mayın 10-da başa çatacaq.

Gununsesi.info