Leyla Əliyeva Cenevrədə “Azərbaycan otağı” ilə tanış oldu

  • By admin
  • 15 İyun 2022 13:28

İsveçrənin Cenevrə şəhərində səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyunun 14-də BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb, BMT-nin Cenevrə bölməsinin iqamətgahında yerləşən “Azərbaycan otağı”nın rekonstruksiyası ilə bağlı təqdimatla tanış olub.

Gununsesi.info xəbər verir ki, Leyla Əliyeva BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısındakı Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsini  ziyarət edib.

BMT-nin Cenevrə bölməsinin kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə olunub.

Bundan başqa, Cenevrədə Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.  Açılışda BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA  İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak ediblər.

Gununsesi.info