Leyla Əliyeva qardaşı Heydər Əliyevi Instagram vasitəsilə təbrik etdi

  • By admin
  • 02 Avqust 2019 16:37

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qardaşı Heydər Əliyevi doğum günü münasibətilə təbrik edib.

Gununsesi.org xəbər verir ki, o, fikirlərini “Instagram” hesabında paylaşıb:

“Sevimli, xeyirxah, nurlu, ağıllı və layiqli qardaşım Heydəri ad günü münasibəti ilə təbrik edirəm! Qoy, bütün arzuların yerinə yetsin! Hər şeyə görə sənə minnətdaram! Allah hamıya can sağlığı versin, sevgi, sülh, əmin-amanlıq və xeyirli günlər qismət etsin”.

Qeyd edək ki, Heydər Əliyev 1997-ci il avqustun 3-də anadan olub.

Gununsesi.org