Leyla Abdullayeva bir qrup diplomatla görüşdü - FOTOLAR

  • By admin
  • 08 İyun 2022 13:58

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bir qrup xarici diplomatla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN-in sözçüsü Twitterdə yazıb.

“Əcnəbi diplomatlar üçün təkmilləşmiş xarici xidmət proqramında (AFSP 2022) iştirak edən bir qrup xarici diplomatla görüşməkdən çox məmnunam. Təlimin birgə təşkilinə görə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi və ADA Universitetinə, həmçinin fəal iştiraklarına görə xarici diplomatlara təşəkkür edirəm”, – o qeyd edib.

Gununsesi.info