Leyla Abdullayeva İrana ÇAĞIRIŞ ETDİ

  • By admin
  • 27 Yanvar 2023 12:07

“Diplomatik missiyalara yönələn istənilən hücumu qətiyyətlə pisləyirik”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviter hesabında yazıb.

Səfir İranı Vyana Konvensiyasının tələblərini yerinə yetirməyə çağırıb: “Ev sahibi ölkəni Vyana Konvensiyasının tələblərini yerinə yetirməyə çağırırıq. Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda xain hücum üzrə araşdırma gedir.

Gununsesi.info