Leyla Abdullayeva: Kipr XİN-nin bəyanatı birtərəfli xarakter daşıyır və qərəzlidir

  • By admin
  • 28 Sentyabr 2020 22:37

Kipr Respublikasının Xarici İşlər Nazirliyinin bu ilin 27 sentyabr tarixindən etibarən cəbhə bölgəsində yaşanan gərginliklə bağlı yaydığı bəyanat birtərəfli xarakter daşıyır və qərəzlidir.

Gununsesi.info-nun məlumatıan görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva cəbhə bölgəsində yaşanan gərginliklə bağlı Kipr XİN-in bəyanatına dair KİV-in sualını cavablandırarkən deyib.

L.Abdullayeva bildirib: “Kipr XİN-ə xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələri öz beynəlxalq tanınmış ərazilərində mülki əhalisini müdafiə etmək üçün mübarizə aparır. Ermənistan silahlı qüvvələri isə 30 ilə yaxındır ki, Azərbaycanın ərazilərində qeyri-qanuni mövcudluğunu saxlayır. Odur ki, Azərbaycana qarşı hər hansı əsassız ittihamlar irəli sürmədən öncə beynəlxalq sənədlər və onların tələbləri ilə tanış olmaq vacibdir”.

 

 

Gununsesi.info