Leysan 18 nəfərin həyatına son qoydu

  • By admin
  • 09 İyul 2017 09:16

leysan

Yaponiyanın Kyüsyü adasında leysan yağışları nəticəsində 18 nəfər həlak olub.

Gununsesi.info-nun  “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, adada 30 nəfər itkin düşüb, 570 nəfərin isə ətraf aləmlə əlaqəsi kəsilib.

Qeyd edək ki, adada artıq bir neçə gündür ki leysan yağışları yağır. Yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.