Leysan yağışları bir neçə rayonu susuz qoydu

  • By admin
  • 14 İyun 2016 13:07

 Leysan yagish

Azərbaycanın bəzi rayonlarında su verilişində məhdudiyyətlər olacaq. “Azərsu” ASC-nin İctimaiyyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb. Bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb.

Qeyd olunub ki, bu gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Nizami və Xətai rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcək.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

Gununsesi.info