lhamənin məzarı üstündəki gülləri dağıdıb oğurladılar- "Bu oğurluq da deyil, bu, vandalizmdir!"

lhamənin məzarı üstündəki gülləri dağıdıb oğurladılar

b884eff498e4

Doğum günündə mərhum xalq artisti İlhamə Quliyevanın məzarı üstə qoyulan gül çələngləri dağıdılaraq, oğurlanıb.

Gununsesi.info “Musavat.com”-a istinadən xəbər verir ki, bu barədə xalq artistinin bacısı Gülbahar Quliyeva  bildirib. Onun sözlərinə görə, hadisə günorta saatlarından sonra baş verib:
“Dünən səhər biz bacılar və qardaşı uşaqları ilə birlikdə onun qəbrinin ziyarətinə getmişdik. Orda Novruz Aslan tərəfindən “Ağ çiçəyim”, “Qızıl Aypara Cəmiyyəti”nin və biz də biz bacılar tərəfindən ithaf olunan gül çələngləri və 10 ədəd ağ qızılgül var idi. Günortadan sonra, hava hələ qaralmamışdı, bizə zəng edib dedilər ki, həmin gülləri dağıdıb, oğurlayıblar.
Bu necə baş verə bilərdi axı?! Fəxri Xiyabanın işçiləri, nəzarətçiləri, kameraları var. Bu oğurluq da deyil, bu, vandalizmdir!
Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən çələngin üzərindəki lenti qırıblar ki, bilinməsin bu kim tərəfindən gəlib, “Ağ çiçəyim”in çələngi ümumiyyətlə yoxa çıxıb, biz qoyduğumuz çələngin isə sadəcə yaşıllıqları qalmışdı. Ayıbdır! Bunu edən yerli ermənilər, Allahı tanımayan, şəxsiyyətsiz  insanlardır. İlhamə yadımızdadır və bundan sonra ancaq və ancaq ona Quran, yasin lazımdır. Bu cür şou ona lazım deyildi. Bunu edənlərin məzarı üstə nə edəcəklər, onu Allah bilir”.
Gülbahar Quliyeva olayla bağlı xalq artistinin dəfn olunduğu II Fəxri Xiyabanın rəhbərliyini də qınayıb: “Onlar hara baxır?  Bu hadisəni törədənlər onların yanından gəlib keçib. O balaca bir şey deyil axı götürüb qaçsınlar”.
Xatirladaq ki, avqustun 17-i mərhum sənətçinin doğum günü idi. Yaşasaydı xalq artistinin 73 yaşı tamam olacaqdı. O, bu ilin fevralın 25-də dünyasını dəyişib.
Gununsesi.info

COMMENTS