
ABŞ-ın sabiq senatoru və ABŞ Demokratlar Partiyasından vitse-prezident postuna sabiq namizəd 75 yaşlı Co Liberman Federal Təhqiqatlar Bürosunun rəhbəri vəzifəsindən imtina edib.
Gununsesi.info bildirir ki, APA-nın “The Wall Street Journal”-a istinadən verdiyi xəbərə görə, prezident Donald Trampın adına ünvanladığı məktubda Co Liberman FTB rəhbəri postunda çalışacağının maraqların münaqişəsinə səbəb olacağından ehtiyatlandığını bildirib. Belə ki, Liberman “Trampın Rusiya ilə əlaqələri” işi çərçivəsində prezidentin müqavilə bağladığı vəkilin şirkətində çalışdığını qeyd edib.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl Co Libermanın FTB rəhbəri postuna real namizəd olduğunu açıqlayıb.
Gununsesi.info