“Lider” TV-də ixtisarlar davam edir - DAHA İKİ VERİLİŞ YAYIMINI DAYANDIRDI

  • By admin
  • 09 Yanvar 2018 15:06

Azərbaycan teleməkanında vaxtilə bir sıra intellektual verilişlər yayımlanırdı ki, onların da özünəməxsus auditoriyası vardı.
Bu verilişlər arasında “ Lider” telekanalında efirə gedən “Zəif bənd”, “Milyonçu” xüsusilə seçilirdi… Yəqin ki, onları çoxunuz izləmisiniz. 
Bu verilişlər beynəlxalq statuslu olduğundan onların Azərbaycanda yayım hüququnu “Lider” televiziyası almışdı. 

Bəs “Zəif bənd” və “Milyonçu”nun yayımı niyə dayandırıldı?

Gununsesi.info xəbər verir ki, “ Lider” televiziyasının mətbuat katibi Sədan Bünyad modern.az-a bildirib ki, hazırda intellektual oyunların yenidən yayımı nəzərdə tutulmayıb:

– “ Lider” televiziyasında “Milyonçu”, “Teletaym”, “Zəif bənd” kimi intellektual verilişlərinın yenidən yayımlanmağı nəzərə tutulmayıb. Lakin gələcəkdə belə bir fikir yaranarsa, bu verilişlərin lisenziyası alınmalıdır. Amma bunu da qeyd etməliyəm ki, daha öncəki yayım üçün alınmış lisenziya artıq qüvvədə deyil”.

Gununsesi.info