“Lider TV”də kütləvi istefa - MAAŞLARI ALA BİLMİRLƏR

  • By admin
  • 02 Oktyabr 2017 14:26
59d20d7821d38_lidertv
“Lider TV”-də əmək haqlarının gecikməsinə görə növbəti dəfə kütləvi istefalar başlayıb.
Gununsesi.info ölkə.az-a istinadla məlumat;na görə, telekanalda yayımlanan “Səda” informasiya buraxılışının aparıcıları – Vüsalə Səid, Şəfiqə Elşən, idman jurnalisti Emin Ağa və digər şəxslər öz ərizələri ilə işdən çıxıblar.
Jurnalistlərin işdən ayrılmalarına səbəb kimi Lider TV-də bir neçə aydır ki, maaşların gecikməsi göstərilir.
Xatırladaq ki, son bir ildə “Lider TV”-dən xeyli sayda jurnalist istefa verib.

Gununsesi.info