“Lider”in prezidentinin xanımı məşhurları sosial çarxa çəkdi - VİDEO

  • By admin
  • 05 Yanvar 2018 11:54

Məşhur simalar heyvanlarla bağlı sosial layihədə iştriak ediblər.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, “Sahibsiz küçə heyvanlarını qoruyaq” devizi ilə çəkilən sosial çarx “Lider TV”nin rəhbəri Ədalət Əliyevin xanımı Nailə Əliyevanın təşəbbüsü ilə hazırlanıb. Videoda N.Əliyevanın özü də yer alıb.

Çarxda bəstəkar Aygün Səmədzadə, xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, yazıçı Çingiz Abdullayev, müğənnilər Murad Arif, Elnur Hüseynov, aparıcılar Hüsniyə Məhərrəmova, Tural Əsədov, millət vəkili Qənirə Paşayeva, ilahiyyatçı Hacı Şahin və başqaları yer alıblar.

Videoda məşhurlar heyvanlarla davranış qaydalarından danışırlar. Onların fikirləri titrda ingilis dilində də yerləşdirilib.

Qeyd edək ki, Ə. Əliyevlə N. Əliyevanın iki övladı var.

Gununsesi.info