
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə sammit keçirməyi təklif edib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, Münhen Təhlükəsizlik Konfransında çıxış edib.
“Biz artıq çalışırıq ki, fevralın 24-də, Rusiyanın genişmiqyaslı işğalının üçüncü ildönümündə Kiyevdə və onlayn şəkildə bir araya toplaşaq. Bütün Avropa liderləri. Təhlükəsizliyimizi qoruyan bütün əsas tərəfdaşlar – İspaniyadan Finlandiyaya. Böyük Britaniyadan Polşaya. Vaşinqtondan Tokioya”, – Zelenski deyib.
Gununsesi.info