Liderlərin harada səsverəcəkləri bəlli olub

  • By admin
  • 14 Aprel 2017 16:30

unnamed (11)
Aprelin 16-da Türkiyə konstitusiyasında dəyişiklərlə bağlı səsvermə keçiriləcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq hansı liderlərin harada səsverəcəyi də məlum olub.

Belə ki, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlki seçkilərdə olduğu kimi İstanbulda, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Ankarada, Baş naziri Binəli Yıldırım İzmirdə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlət Bağçalı, Səadət Partiyasının sədri Təməl Karamollağolu və Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici, həmçinin baş nazirin müavinləri – Nurettin Canikli və Tuğrul Türkeş, eləcə də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər yüksək rütbəli zabitlər Ankarada, Baş nazirin köməkçiləri -Numan Kurtulmuş və Veysi Qaynaq Kahramanmaraşda, Məhmət Şimşək isə Qaziantəpdə səsverəcəklər.

Eyni zamanda Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü Düzcədə, iqtisadiyyat naziri Nihat Zeybekçi Dənizlidə, qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik Şanlıurfada, maliyyə naziri Naci Ağbal Bayburtda, inkişaf naziri Lütfi Elvan Mersində, nəqliyyat dənizçilik və kimlik naziri Əhməd Arslan Qarsda, gömrük və ticarət naziri Bülent Tüfenkçi Malatyada, ədliyyə naziri Bəkir Bozdağ Yozqatda, ekologiya və şəhərsalma üzrə naziri Mehmet Özhaseki Kayseridə, daxili İşlər naziri Süleyman Soylu Trabzonda, mədəniyyət və turizm naziri Nabi Avcı Eskişəhirdə, müdafiə naziri Fikri İşıq Kocaelidə, meşə və su işləri naziri Veysel Eroğlu Afyonkarahisarda, səhiyyə naziri Rəcəb Akdağ Ərzurumda, əmək və sosial müdafiə naziri Mehmet Müezzinoğlu Bursada, təhsil naziri İsmət Yılmaz Sivasda, ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kaya, İstanbulda səsverəcəklər.

Qeyd edək ki, Türkiyənin 10-cu Prezident Əhməd Necdət Sezər Ankarada, 11-ci Prezidenti isə Abdullah Gül İstanbulda səsverəcəklər.

Anar
Gununsesi.info