Liderlərin Praqa zirvəsindəki qeyri-rəsmi görüşündə çəkilən foto geniş müzakirələrə səbəb olub.
Gununsesi.info yenisabah.az-a istinadla xəbər verir ki, sözügedən fotoşəkildə masanın üzərində olan kitab bir çox kəsim tərəfindən maraqla qarşılanıb.
Qısa bir araşdırma nəticəsində məlum olub ki, həmin kitab alban əsilli yazar Lea Ypinin “Free” kitabıdır.
Belə ki, Avropanın son stalinist dövləti olan Albaniya Xalq Sosialist Respublikasında kommunizmin, habelə Ənvər Xoca ilə Ramiz Aliya diktaturasının çöküşündən bəhs edən kitabda ölkənin Avropalaşması və mürtəce kommunist fikirlərə qarşı aparılan mübarizədən bəhs olunur.
Gununsesi.info