Liftdə köməksiz qalan 3 nəfər xilas edildi

  • By admin
  • 02 İyul 2017 09:36

lift

Liftdə köməksiz qalan 3 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat iyulun 1-də saat 21:00-da başa çatıb.

Həmçinin Bakı şəhəri, Nizami rayonunda da liftdə köməksiz vəziyyətdə qalan 1 nəfər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən liftdən çıxarılıb.

Gununsesi.info