
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.
Gununsesi.info xəbər verir ki, dərhal çağırış ünvanına FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.
Gununsesi.info