
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin Xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 06:43-də başa çatıb.
Anar
Gununsesi.info