Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Xətai rayon sakini xilas edib.
Gununsesi.info nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 10-da nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, liftin qapısını açmış və vətəndaşın qapalı vəziyyətdən çıxmasına şərait yaradiblar.
Gülnaz Qənbərli
Gununsesi.info