Futbol üzrə I Divizionda yeni qəbul olunmuş legioner limiti 2017-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Gununsesi.info AFFA-nın saytına istinadən xəbər verir ki, buna Peşəkar Futbol Liqasının ( PFL) AFFA-ya müraciəti səbəb olub.
Belə ki, Peşəkar Futbol Liqasının müraciətinə əsasən, I Divizionda legioner limiti 2017-ci il yanvarın 1-dək 6+4+1 (6 legioner, 4 yelri və 1 yerli 1994-cü il təvəllüdlü və daha gənc təvəllüdlü) sisteminə uyğun tətbiq olunacaq.
Qeyd edək ki, verilmiş qərar 2+4+5 sistemi mövsümün ikinci yarısından etibarlı olacaq.
Anar
Gununsesi.info