
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 2016-cı ilin sonlarına yaxınlaşdığımız bir zamanda “Forbes” jurnalı musiqi dünyasında ilin ən çox qazanan qadınlarının adını açıqlayıb.
Jurnalın verdiyi məlumata görə, Madonna, Rihanna, Beyons, Cenifer Lopez, Britni Spirs kimi dünya şöhrətli ulduzları geridə qoyan 26 yaşlı müğənni Taylor Svift 2016-cı ildə musiqi aləmindən qazandığı 170 milyon dollarlıq gəliri ilə zirvədə yer alıb. Onun bu qazancı turnirlər, reklamlar, həmçinin, “Apple” və “Diet Coke” kimi şirkətlərdən əldə etdiyi bildirilib.
Siyahıda 2-ci yeri 80,5 milyon dollarlıq gəlirlə Adele tutub.
“Forbes” jurnalının təqdim etdiyi siyahıda adı ilk onluqda olan sənətçilər aşağıdakılardır: 1. Taylor Svift (170 milyon dollar) 2. Adele (80.5 milyon dollar) 3. Madonna (76.5 milyon dollar) 4. Rihanna (75 milyon dollar) 5. Beyons (54 milyon dollar) 6. Keti Perri (41 milyon dollar) 7. Cenifer Lopez (39.5 milyon dollar) 8. Britney Spirs (30.5 milyon dollar) 9. Şania Tvein (27.5 milyon dollar) 10. Selin Dion (27 milyon dollar)
Nigar Cəfərli
Gununsesi.info