“Lion” – “Beşiktaş” oyununda dava düşüb - TRİBUNALARDAN MEYDANA 2 MİNƏ YAXIN AZARKEŞ ENİB

  • By admin
  • 13 Aprel 2017 23:26

beshiktash-liyon1

Avropa Liqasının 1/4 final mərhələsində Fransada keçirilməli olan “Lion” – “Beşiktaş” oyununun başlaması yubanır.

Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, stadionda azarkeşlər arasında dava düşüb. “Lion” və Türkiyə təmsilçisi “Beşiktaş” azarkeşləri tribunalardan meydana axışıblar.

Tribunalardan meydana 2 minə yaxın azarkeş enib. “Lion”un prezidenti Jan-Mişel Aulas azarkeşləri sakitləşdirməyə çalışır.

TRT-1-dən verilən məlumatda tribunaya səs bombaları və məşəllərin atıldığı və bunun üzərinə tərəfdarların sahəyə endiyi bildirilib.

Gununsesi.info