Lion partlayışını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

  • By admin
  • 27 May 2019 21:07

Fransa polisi Lionda 13 nəfərin yaralanması ilə nəticələnmiş  partlayış təşkil etməkdə  və törətməkdə şübhəli bilinən şəxsi həbs edib.

Bu barədə ölkənin DİN rəhbəri Kristof Kastaner “Twitter” səhifəsində məlumat verib.

“Mən anti-terror xidmətlərinin, məhkəmə polisinin, əks-kəfiyyatın bu əməliyyat üçün səylərini birləşdirməsini təqdir edirəm. Onların gördüyü tədbirlər həlledici olub”, – deyə nazirin postunda deyilir.

Saxlanılan şəxsin adı hələlik açıqlanmır.