Lionel Messi “İnter”lə matçda iştirak etməyəcək

  • By admin
  • 09 Dekabr 2019

İspaniyanın “Barselona” komandası Çempionlar Liqasının qrup mərhələsinin VI turunda İtaliya “İnter” ilə matçda iştirak edə biləcək futbolçuların siyahısını açıqlayıb. 

Gununsesi.org-un məlumatına görə, 20 nəfərlik heyətə Lionel Messi və Jerar Pike daxil edilməyib.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək “İnter” – “Barselona” matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Kataloniya təmsilçi V turda 1/8 finala vəsiqəni təmin edib. “İnter” isə növbəti mərhələ üçün mütləq qələbə qazanmalıdır.

Gununsesi.org