Liparityan: Azərbaycandan Ermənistana təhlükə yoxdur

“Azərbaycan və Türkiyədən Ermənistana təhlükə yoxdur”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidentinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə keçmiş müşaviri Jirayr Liparityan deyib.

HTML tutorial

Jurnalistlərin “belə bir təhlükə varmı” sualına cavabında o, kitabını oxumağı tövsiyə edib və təhlükə görmədiyini açıqlayıb.

“Qonşularla problemləri həll etmək lazımdır. 30 ildir deyirlər ki, bizi öldürəcəklər, necə oldu, öldürüblərmi? Mən təhlükə görmürəm, qonşularla münasibətləri düzəltməliyik”, – o bildirib.

Gununsesi.info