Mayın 25-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında “Boulevard Hotel U-15 Liqa”, U-16 Liqa, U-17 Liqa və U-19 Liqada yüksək yerləri tutan komandaların, liqaların ən yaxşı oyunçularının və ən sərrast futbolçuların mükafatlandırma mərasimi keçirilib.
AFFA-dan Gununsesi.info-ya verilən məlumata görə, mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katibin müavini Sərxan Hacıyev təqdim edib.
Anar
Gununsesi.info