Lisenziyanın yenidən alınması tələb olunmayacaq - Bununla bağlı “Meliorasiya və irriqasiya haqqında” qanuna əlavə edilir

  • By admin
  • 16 Sentyabr 2016 16:42

eldar-1

Milli Məclisin (MM)  Aqrar siyasət komitəsinin sentyabrın 16-da  keçirilən iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Gununsesi.info-nun məlumatına görə,  adıçəkilən komitənin sədri Eldar İbrahimov bildirib ki, qanunun 12-ci maddəsinə yeni bəndin əlavə edilməsi təklif olunur. O, qeyd edib ki, indiki dövrdə belə bir əlavəyə ciddi ehtiyac var və  məhz bu səbəbdən də ölkə başçısı tərəfindən bu yöndə sənəd parlamentə göndərilib.

Əlavəyə görə, meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

Komitə üzvləri də təklif olunan əlavənin çox mütərəqqi xarakter daşıdığını və onu dəstəklədiklərini bildiriblər.

Layihə müzakirələrdən sonra Milli Məclisin (MM) plenar iclasına tövsiyə olunub.

Kamil Həmzəoğlu

Gununsesi.info