Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir

  • Müəllif: Firuzə
  • 26 Avqust 2025 16:07

Bu gün saat 15:00-dan etibarən 2025/26-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada ikinci mərhələ seçimlərinə start verilir.

Bu barədə Gununsesi.info-ya Təhsil İnstitutundan məlumat verilib.

Qeyd edilib ki, ikinci mərhələ yalnız birinci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.

Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında https://sy.edu.az “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə iki seçim imkanı təqdim olunur.

İkinci mərhələ üzrə seçimlərdə aşağıdakı şagirdlər iştirak edə bilərlər:

– İmtahanda 10 və daha yuxarı bal toplayan şagirdlər;

– Birinci mərhələdə seçim edib, lakin qəbul olmayan şagirdlər;

– Birinci mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən şagirdlər;

– Birinci mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər.

Məlumat üçün bildiririk ki, ikinci mərhələ üzrə seçim prosesi 27 avqust 2025-ci il saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, üçüncü mərhələ nəzərdə tutulmayıb.

 

Gununsesi.info