Aprel-may aylarında Litva müstəqilliyinin bərpasından sonra ən böyük hərbi təlimlərini keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Litvanın ordu komandanlığı məlumat yayıb.
Ümumilikdə aktiv ehtiyatda olan 10 mindən çox insan manevrlərə çağırılacaq, onlardan 2,5 min nəfəri faktiki olaraq manevrlərə cəlb olunacaq”, – deyə komandanlıq qeyd edib.
Manevrlərdə ehtiyatda olan hərbçilərlə yanaşı, 4 mindən çox peşəkar hərbçi və çağırışçı iştirak edəcək.
“Thunder 2024” təlimlərinin ssenariləri arasında Suwalki dəhlizi adlanan ərazidə qeyri-ənənəvi təhlükə və ona Polşa ilə koordinasiyalı şəkildə cavab tədbirləri daxildir.
Təlimlərdə həm respublikada yerləşən müttəfiq bölmələr, həm də xüsusi dislokasiya olunmuş bölmələr iştirak edəcək. “Bunlar Polşa ordusuna əlavə olaraq Almaniya və ABŞ-dan olan birliklər olacaq”, – mesajda deyilir.
Komandanlıq qeyd edib ki, bu milli təlim mürəkkəbliyi, miqyası və reallığı ilə unikal olacaq.
Gununsesi.info