Litva ABŞ qoşunlarının ölkədə daimi yerləşdirilməsi üçün müraciət edəcək

  • By admin
  • 09 Fevral 2022 19:24

Litva ABŞ qoşunlarının ölkədə daimi yerləşdirilməsi üçün müraciət edəcək.

Gununsesi.info-nun “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Litva Prezidenti Qitanas Nauseda Rukla hərbi bazasında keçirdiyi mətbuat konfransında deyib.

HTML tutorial

 

“Əlbəttə, biz ABŞ-la rotasiya qüvvələrinin Litvada daimi yerləşdirilməsinin təmin edilməsini danışacağıq. Güclü çəkindirmə və müdafiə, dialoq və diplomatiya ilə birləşərək rəqabətli dünyada xalqlarımızı təhlükəsizlikdə saxlamağın açarıdır, çünki biz yenidən Rusiyanın aqressiv ritorikası və güc mövqeyi ilə üzləşirik”, – Litva Prezidenti bildirib.

Almaniyanın rəhbərlik etdiyi NATO döyüş qrupunun yeni rotasiyasını alqışlayan Q. Nauseda vurğulayıb ki, tezliklə 350 Almaniya hərbçisi də Rusiyanın Ukrayna yaxınlığına qoşun cəmləməsinə cavab olaraq ölkəyə yerləşdiriləcək.

Qeyd edək ki, ABŞ-ın 2019-cu ildən bəri Litvada 500 hərbçi və müxtəlif döyüş ləvazimatları yerləşdirdiyi bildirilir.

 

 

Gununsesi.info