Litva Baş naziri İnqa Ruginiene Azərbaycana rəsmi səfərə gələcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Litva səfirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Litva Baş nazirinin Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə yönələcək.
Bundan əlavə, Baş nazir Azərbaycandakı Litva icmasının üzvləri ilə görüşəcək və mədəni tədbirlərdə iştirak edəcək.
***
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Litvanın Baş naziri İnqa Ruqinieneni hava limanında Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.












